Uşaqları kiçik olan və hər yeməyi bəyənməyən körpələrin valideynləri, nahar vaxtı çox sıxıntı keçirirlər.

Sağlam, cəlbedici hesab etdiyimiz bütün ərzaqlardan dadlı yeməklər hazırlamaqlarına baxmayaraq, bu yeməklərin əksəriyyəti uşaqların kürsüsündən döşəməyə tökülür. Ən pisi isə odur ki, uşaqların bu hərəkətərini valideynlər ürəklərinə salır və bunu valideyn laqeydsizliyi kimi dəyərləndirirlər. Harda səhvə yol verilir? Bu uşaqlar niyə hər qidanı bəyənmirlər?

Hər qidanı bəyənməmək, körpəliyin bir hissəsidir. 1-3 yaş arası körpələrin bir çox qidalara əhəmiyyət verməməsinin inkişafi səbəbləri var. Bir il sürətli inkişafdan sonra (orta hesabla 1 yaşlı körpə öz doğum çəkisindən 3 dəfə artır), körpələrin çəkisi daha yavaş artmağa başlayır. Odur ki, təbii ki, onlar daha az qidaya ehtiyac duyur. Həmçinin körpələrin daim hərəkətdə olması da onların qida vərdişlərinə təsir edir. Gün ərzində az miqdarda qida atışdırmaq, bu məşğul kəşfçilər üçün tam doyumlu yemək yeməkdən daha yaxşıdır.

Bunu anlayan valideynin məqsədi, sadəcə, düzgün qidanı almaq, onu, qidalandırıcı maddələrini maksimum qoruyacaq şəkildə hazırlamaq (qaynatmaq yerinə buxara vermək, qızartmaq yerinə sobada bişirmək) və onu yaradıcı şəkildə onlara təqdim etməkdir. Qalanı isə uşaqlara qalır. Nə qədər yeyəcəkləri, nə vaxt yeyəcəkləri və ümumiyyətlə yeyib-yeməyəcəkləri onların məsuliyyətidir.

Bu, o demək deyil ki, valideynlər körpələrini yaxşı yeməyə təşviq etməməli və sağlam qida vərdişlərini inkişaf etdirməli deyillər. Uşaqları yeməyə həvəsləndirmək və yemək zamanı yaşanan çətinlikləri azaltmaq üçün 17 üsul sizə təqdim edirik:

1. Müxtəlif növ qidalar təklif edin. Körpələr çoxlu müxtəlif yeməklər dadmağı xoşlayır. Odur ki, niyə də onlara “isveç masası” təklif etməyəsiniz? Buz qabı, keks qabı və ya bölmələrə malik hər hansı digər qabdan istifadə edin və içərisinə rəngarəng və bəsləyici “barmaq qidaları” (barmaqla yeyilə bilən) qoyun. Bu barmaq qidalarına iki yaşlı uşağın xoşuna gələcək məzəli adlar qoyun, məsələn:

– Alma ayı (nazik doğranmış alma)
– Bananlı təkərlər
– Brokkoli ağacları (buxara verilmiş brokkoli çiçəkcikləri)
– Yerkökü xəncərləri (bişmiş və nazik doğranmış yerkökü)
– Pendir inşaat daşları
– Yumurtalı gəmilər (qaynanmış bərk yumurtanın ağı)
– Kiçik halqalar (halqaşəkilli yarma)

2. Körpələr həmçinin barmaq qidalarını müxtəlif mayeşəkilli ərzaqlara (souslara) batırıb yeyə bilərlər.Qidaları batırmaq üçün aşağıdakıları istifadə edə bilərsiniz:

– Kəsmik
– Süzmə
– Qatıq
– Xama
– Kəsmik-pendir
– Püre şəklinə salınmış meyvələr və ya tərəvəzlər

Bunları həm alma, armud və ya bibər dilimlərinin, həm də tost edilmiş çörək və ya digər qidaların üstünə yaxmaq olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *